21 C
Bakı
22 İyun 2025 07:07
Dünya

Ermənilər tarixi sarayı görün nə hala salıb? – Pənahəli xanın evindən ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR

 

Erməni vandalizminə məruz qalan Qarabağ xanlığının banisi Pənahəli xanın dəbdəbəli sarayı restavrasiya olunur.

Tacxeber.com xəbər verir ki,  bu barədə “AzTV Xəbər”də yayımlanan reportajda bildirilib.

Qeyd edilib ki, XVIII əsrə aid tarix-memarlıq abidəsi olan və Pənahəli xanın sarayının, xan nəslinin nümayəndələrinin türbələrinin və məzarının yerləşdiyi tarixi qəbiristanlığın və Qarabağ atçılıq parkının daxil olduğu “İmarət” Kompleksi tezliklə Azərbaycanın tarixi həqiqətlərinin təqdimat mərkəzinə, yerli və xarici ziyarətçilərin baş çəkdiyi əsas məkanlardan birinə çevriləcək.

Ağdam işğaldan azad olunandan sonra xarici mütəxəssislərin iştirakı ilə 3,3 hektar ərazini əhatə edən kompleksin layihə və dizaynı hazırlanıb. Layihəyə əsasən təmir və bərpa işlərinə başlanılıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev kompleksdə görülən işlərlə bağlı məlumat verib.

Videoda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

 

Oxşar xəbərlər

Rusiya sifariş etdi: İrandan ballistik raket alır

admin

Rusiya Zelenskinin Krımdakı villasını və 100 başqa obyektini satır

redaktor

Eynşteynin Atatürkə məktubu: 40-dan çox yəhudi alimi necə xilas edildi?

redaktor