23.7 C
Bakı
29 İyun 2026 01:40
Dünya

ABŞ prezidentliyinə namizəd erməniləri Qarabağa qaytarmağa söz verdi

 

ABŞ prezidentliyinə namizəd erməniləri Qarabağa qaytarmağa söz verdi

 

ABŞ prezidentliyinə namizəd Robert Kennedi videomüraciətində Qarabağı tərk etmiş erməniləri geri qaytarmaq və öz müqəddəratını təyinetməni təşviq etmək üçün Amerika rıçaqlarından istifadə edəcəyinə söz verib.

Tacxeber.comxəbər verir ki, Kennedi çıxışında “Artsax” adından istifadə edib.

“ABŞ hökuməti ermənilərin “Artsax”a təhlükəsiz qayıtmasını təmin etmək və onların öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün tədbirlər görmək üçün beynəlxalq ictimaiyyəti səfərbər etməlidir”, – ABŞ prezidentliyinə namizəd bildirib.

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

Robert Kennedi prezident seçkisində Demokratlar Partiyasının nümayəndəsi kimi deyil, müstəqil namizəd kimi iştirak edəcək.

Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkisində əsas namizəd hazırkı dövlət başçısı Co Baydendir.

Hüquqşünas Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. Onun 69 yaşı var.

Tacxeber.com

Oxşar xəbərlər

Boris Conson Trampın planını çox sərt tənqid etdi

admin

Putin: Kiyev danışıqları vaxtından əvvəl hesab edərsə, Rusiya gözləməyə hazırdır

redaktor

Dünyada kabusların həqiqətən yaşadığı 7 MİSTİK YER

redaktor