Dünya

Parisdən Bakıya cavab: İki diplomatımızı ölkədən çıxardı

Parisdən Bakıya cavab: İki diplomatımızı ölkədən çıxardı

Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.

“Report”un məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.

“Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib”, – məlumatda deyilir.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynalı zabit Su-27 ilə Rusiyaya qaçdı.

admin

“Bir görəydim ayrılığı kim saldı?” və ya İranın azərbaycanlı prezidentinin Bakıya səfərinin nəticələri

redaktor

Radardan itən sərnişin təyyarəsinin axtarışları bir neçə saat sonra başlasa da ilk cəsədlər günlər sonra tapıldı

admin