28 C
Bakı
12 Avqust 2025 18:59
Sağlamlıq

Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır

Elmi şəkildə sübut olunub…

bu-iki-mehsulun-gundelik-istifadesi-xerceng-riskini-azaldir

 

Süd məhsulu olan içkilər (qatıq, ayran, kefir, ryajenka) və duza qoyulmuş kələm xərçəng riskini azaldır.

Tacxeber.com xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, qidalanmada kifayət qədər miqdarda fermentləşdirilmiş südlü içkilər və fermentləşdirilmiş tərəvəzlər yoğun bağırsaq xərçəngi ehtimalını azaldır. Mütəxəssis vurğulayıb ki, sözügedən məhsulların onkoloji xəstəliyin inkişafına qarşı profilaktik təsiri elmi şəkildə sübut olunub.

“Bu, müdafiəni təmin edəcək, yaxud ən azı yoğun bağırsaq xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq”, – deyə həkim izah edib.

Qeyd edək ki, Qinzburq daha əvvəl sarıkökün istifadəsinin yoğun və düz bağırsaq xərçəngi, prostat xərçəngi və döş xərçənginin inkişafının da qarşısını aldığını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Heç bir yerə toxunmadım, amma bədənimdə göyərmə var- Səbəblər

redaktor

Qaraciyəri 40 günə təmizləmək qaydası – Bu bitki sizi qaraciyər yağlanmasından xilas edəcək

redaktor

İsti su bu xəstəliklərə dərman imiş…

redaktor