CəmiyyətGündəm

Kababın üstünə səpilən göyərtiyə də pul aldılar – Hacıqabulda hesab – FOTO

Son zamanlar kafe, restoranların şişirdilmiş qiymətləri ilə bağlı şikayətlər artır, şok hesablar paylaşılır. Maraqlısı budur ki, “müştərini necə soyaq” tendensiyasına elə adi kafe, hətta yolüstü məkanlar da qoşulub.

Tacxeber.com Bakupost.az-a istinadən xəbər verir ki, jurnalist Əlibəy Zeynallı Hacıqabulda başına gələnləri bölüşüb:

“Hacıqabulda “QədirXum” restoranında spirtli içiki vermirlər, amma tək 2 şiş hinduşka kababına 30 manat alırlar. Kababın üstünə səpilən soğan və göyərtinin də qiyməti ayrı hesablanır ( fotoda – 3 manat). Hesaba baxın: 40 man 90 qəpik. Spirtli versəniz, bundan yaxşıdı. Soyğunçuluqdu. 4 manatlıq şorabadan üfunət iyi gəlirdi. Din pərdəsi altında nələr etmirsiniz?”

Qeyd edək ki, hinduşkanın elə bütövü 30-40 manatdır.

Restoranlarda verən şorabalar isə evlərdə kustar üsulla hazırlanan və istehsal tarixi məlum olmayan məhsullar olur.

Tacxeber.com

Oxşar xəbərlər

Əsli Lerikdəndir, amma ABŞ polisidir – FOTOLAR

redaktor

Rusların ekoloqlara qadağasının şok səbəbi – “Mədənlərdə 3 min azərbaycanlı dəfn edilib”

admin

Vanqanın 2023-cü il ilə bağlı ŞOK PROQNOZU

redaktor