Gündəm

Kəmaləddin Heydərovun bacanağının şirkəti “Azərişığ”ı məhkəməyə verdi

Kəmaləddin Heydərovun bacanağının şirkəti "Azərişığ"ı məhkəməyə verdi

 

“Azsığorta” ASC “Azərişıq” ASC-ni məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Kənan Hüseynov iş üzrə hakim təyin edilib. İşin mahiyyəti barədə isə açıq mənbələrdə məlumat yoxdur.

“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

“Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov haqda araşdırma başladı: İspaniya klubları bu şirkətə sifariş verdi

admin

“Dostluğ”un dərin mənası: İki sülalənin Bakı görüşü

admin

“De Byazi ilə bağlı ciddi tədbir görüləcək” – Vitse-prezident

redaktor