GündəmSiyasət

Putinin əsas rəqibi məhv edilib? – 10 gündür xəbər-ətər yoxdur

Ekstremizm və dələduzluq ittihamı ilə 30 il azadlıqdan məhrum edilən rusiyalı müxalif siyasətçi Aleksey Navalnıdan (47) xəbər yoxdur.

Tacxeber.com xəbər verir ki, məhkəmə bazar ertəsi davam edən başqa bir prosesdə iştirak etməyən Navalnının vəziyyəti ilə bağlı onun saxlandığı İK-6 həbsxanasından məlumat tələb edib.

Navalnıya qarşı keçirilən 7 məhkəmə iclası müxalifətçinin yeri müəyyənləşənə qədər dayandırılıb. Navalnının vəkilləri 10 gündən artıqdır ki, ondan xəbər almadıqlarını bildirirlər. Navalnının köməkçilərindən Kira Yarmiş bildirib ki, onun komandası Rusiyadakı 200-ə yaxın təcridxanaya itkin düşmüş müxalifət lideri haqqında əlavə məlumat almaq üçün sorğu göndərib, lakin Navalnını tapa bilməyiblər.

Navalnının bütün ünsiyyət hüquqlarının əlindən alına biləcəyi “xüsusi rejim” düşərgəsinə köçürülməsindən şübhələnən vəkilləri Kremlin rəqibinin 2024-cü il seçkilərinə qədər öldürülə biləcəyindən narahat olduqlarını deyirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Keçmiş partiya lideri Saakaşvili hökuməti devirməyə çağırışda ittiham olunur

redaktor

“Ölkədə ədalət sistemi mütləq suni intellektrə verilməlidir” – Aqil Layıc

admin

İsrailin yeni müdafiə naziri əsas vəzifələrini açıqlayıb

redaktor