29 C
Bakı
11 Avqust 2025 17:25
DünyaSiyasət

Alyans qurulur: Rusiya, Çin və İran əməliyyatlara başlayır – MƏQSƏDLƏRİ

Əfqanıstan siyasi qrupları Rusiya, Çin və İranın getdikcə keçmiş “Şimal Alyansının” bir növ analoqunu yaratmağa meyilli olduğunu müzakirə edirlər. Versiyalara görə, alyansın silahlı birləşmələri Əfqanıstanın şimal əyalətlərində təhlükəsizliyi təmin edəcək, İŞİD və ya digər oxşar qruplaşmalara qarşı mübarizə aparacaq.

Bu barədə “xarici agentlər” siyahısına daxil olan Rusiyanın nüfuzlu “Rosbalt” xəbər agentliyi yazır.

Bildirilir ki, yeni “Şimal Alyansı” layihəsi həyata keçirilsə belə, tərəflər bunu rəsmən təsdiqləməyəcəklər. Xəbər agentliyinin Kabildəki mənbələrinə görə, bu xəbər “Talibanı əsəbiləşdirib və onları çox narahat edib”.

Qeyd edək ki, “Şimali Alyans” 1996-cı ildə Taliban ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanın şimalında bir sıra səhra komandirləri birliyidir.

2001-ci ildə ABŞ və digər ölkələrin koalisiyası ilə birlikdə Taliban rejimini devirdilər. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ən təhlükəli dövrə yaxınlaşır: Sağ qalacaq?

redaktor

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

redaktor

Müharibədə son durum: Üstünlük rusların əlinə keçib

admin