19 C
Bakı
12 Oktyabr 2026 01:45
Hadisə

PFL rəsmilərinin son durumu: İkisinin vəziyyəti kritikdir

PFL rəsmilərinin son durumu: İkisinin vəziyyəti kritikdir

“Yaralılardan ikisinin vəziyyəti digərlərinə nisbətən kritikdir”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Bona Dea” xəstəxanasının baş həkimi Cabir Gülmalıyev deyib.

O bildirib ki, səhər saatlarında Xankəndi yolunda avtoqəza keçirən altı nəfər günorta saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasından “Bona Dea”ya gətirilib:

“Yaralılar dərhal aidiyyəti üzrə müvafiq şöbələrə yönləndirilib, dərhal həkim müdaxiləsi edilib. Qəbul edilən yaralılardan ikisinin – Aslan Şahgəldiyev və Elxan Səmədovun vəziyyətləri digərlərinə nisbətən kritikdir. Hər ikisi hazırlıqdan sonra dərhal əməliyyata alınacaq. Digər xəstələrə tibbi müdaxilələr edilib. Tibbi vəziyyətləri stabildir. Onlar stasionar müalicə üçün müvafiq palatalara yerləşdiriliblər”.

Tacxeber.com

Oxşar xəbərlər

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin

AZAL-ın Moskva reysləri təxirə salınıb

admin

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin