25 C
Bakı
23 İyun 2025 14:46
Cəmiyyətİdman

“Liverpul”un skautu “Qarabağ” – “Hakken” oyununda kimi izləyib?

“Liverpul” klubunun skautu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə oyunu üçün Bakıda olub.

Premyer Liqa komandası “Hakken”in futbolçusu Mamadu Sonkonu canlı izləmək məqsədilə bu addımı atıb.

Start heyətində meydana çıxan 18 yaşlı vinger 82-ci dəqiqədə zədələnərək əvəzlənib.“Barselona” və “Leyptsiq” da Sonkonun keçidində maraqlıdırlar.

“Hakken” rəhbərliyi gənc oyunçusunun satışından minimum 9 milyon avro qazanc götürməyi planlaşdırır.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Hakken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveç təmsilçisi isə hesabına xal yazdıra bilməyib. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Qızının 18+ videosunu yayan oğlanı lüt soyundurub, döyüb öldürdü – FOTO

admin

Kim Çen In: “İran döyüşdə tək deyil”

redaktor

Subay qızlar evli kişilərə meyil edir – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

redaktor