24 C
Bakı
30 Avqust 2026 07:38
DünyaMuharibəSiyasət

“Hər kəs Kiyevdən gələn dilənçidən bezib” – Səfir “Hər kəs Kiyevdən gələn dilənçidən bezib” – Səfir

Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri boş olub, o, Amerika hakimiyyətini Ukraynanın ABŞ-nin təhlükəsizliyindən daha vacib olduğuna inandıra bilməyib.

TASS  xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Zelenskinin səfəri boş oldu. Ukraynanın ABŞ-nin təhlükəsizliyindən daha vacib olduğuna inandırmaq mümkün olmadı. Hər kəs Kiyevdən gələn dilənçidən bezib”, – diplomat qeyd edib.

Antonov vurğulayıb ki, yeni anti-Rusiya sanksiyaları və silah təchizatı Kiyevə kömək etməyəcək: “Bu gün elan edilən anti-Rusiya addımları – yeni sanksiyalar və daha bir silah göndərilməsi – pis oyuna yaxşı üz göstərmək cəhdindən başqa bir şey deyil. Heç bir şey Zelenskiyə kömək etməyəcək”.

Səfir xatırladıb ki, məhdudiyyətlər Rusiyanın xarici siyasət prioritetlərinə təsir etməyəcək.

Qeyd edək ki, Zelenski Vaşinqtonda səfərdədir. Çərşənbə axşamı o, hər iki partiyanın senatorları və Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşmək üçün ABŞ Konqresinə səfər edib, həmçinin ABŞ prezidenti Co Baydenlə danışıqlar aparıb. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə: “Peşmərgə”lərin bitirilməsinə qərar verildi

redaktor

Ukrayna kəşfiyyatı Rusiyanın ballistik raket istehsalı genişləndirmək planları barədə məlumatlar əldə edib

admin

30 Avqust Tatarıstanın Dövlət Suverinliyi Günüdür

redaktor