24 C
Bakı
23 İyun 2025 10:32
Hadisə

Bakıda qadın gölməçədə öldü – VİDEO

Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub.

Tacxeber.com Baku TV-yə istinadən xəbər verir ki, gün ərzində yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb.

Nəticədə ərazidə böyük gölməçə meydana gəlib.

Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutub və gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Mahaçqala hava limanı PUA hücumuna görə fəaliyyətini dayandırdı

admin

“Sədərək”də gənc oğlandan şok hərəkət

redaktor

Penitensiar Xidmətin özünü güllələyən əsgərinin FOTOSU

redaktor