Cəmiyyətİdman

Avropa klublarının transfer siyahısında yer alan 7 “Qarabağ”lı – SİYAHI

“Qarabağ” Avropa Liqasında mübarizəsini davam etdirir.

“Köhlən atlar” 5 oyundan sonra H qrupunda 7 xalla 2-ci pillədə qərarlaşıb.

Ağdam təmsilçisi dekabrın 14-də Bakıda “Hekken”lə qarşılaşacaq. Azərbaycan klubu isveçliləri məğlub edəcəyi təqdirdə, pley-offa yüksələcək.

“Qarabağ”la bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. “Köhlən atlar”ın 7 futbolçusu Avropanın müxtəlif klublarının diqqət mərkəzindədir.

Söhbət Julio Romao, Marko Yankoviç, Olavio Juninyo, Elvin Cəfərquliyev, Toral Bayramov, Bəhlul Mustafazadə və Leandro Andradedən gedir.

Bu oyunçular üçün rəsmi təklif olmasa da, menecerlər vasitəsi ilə danışıqlar aparılır. Lakin ağdamlılar hələ ki, hansısa futbolçusunu əldən buraxmaq istəmir.

Qış “transfer pəncərəsi” dövründə adıçəkilən oyunçulardan birinə rəsmi və fantastik təklif olarsa, klub bu haqda düşünə bilər (offsideplus).

Tacxeber.com

Oxşar xəbərlər

MSK yekun siyahını açıqladı! – ADLAR

admin

Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı – Qalmaqalın davamı

redaktor

Ət istehsalında iki dövr: 44 günlük müharibədən əvvəl və sonra

redaktor