27 C
Bakı
28 Avqust 2026 23:51
Dünya

Netanyahunun gizli komandası ifşa olundu – Mossad və Şin Betin nümayəndələri də iştirak etdi

Netanyahunun gizli komandası ifşa olundu - Mossad və Şin Betin nümayəndələri də iştirak etdi

 

HƏMAS ilə müvəqqəti atəşkəs başa çatdıqdan sonra Qəzzaya hücumlarını bərpa edən İsrailin baş naziri Binyamin Netanyahunun müharibədən sonrakı planları müzakirə etmək üçün gizli komanda yaratdığı üzə çıxıb.

Tacxeber.com-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahunun sirli komandasında İsrail Müdafiə Qüvvələri, Mossad və Şin Betin nümayəndələrinin olduğu iddia edilib.

Həmçinin, gizli komandada Milli Təhlükəsizlik müşaviri Tzachi Haneqbi və Strateji İşlər Naziri Ron Dermer iştirak edib.

Bildirilib ki, İsrailin ABŞ-dakı səfiri Mayk Hersoqun da iştirak etdiyi komanda artıq 4 dəfə görüşüb və bu həftə yenidən görüşməsi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvanın qarşısında seçim: Azərbaycanla münasibətlər, yoxsa təxribatlar?

redaktor

Azərbaycan diplomatlar üçün hərbi risk yaradan ölkələr siyahısına İranı da əlavə edib

redaktor

İran Trampın oğluna sui-qəsd cəhdi ilə bağlı iddialara cavab verdi

redaktor