22.5 C
Bakı
28 İyun 2026 13:35
Dünya

Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib

 

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 16 min nəfəri keçib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hazırda ölənlərin sayı 16 248 nəfər təşkil edir, onlar arasında 7 112 uşaq və 4 885 qadın var. Eyni zamanda 42 mindən çox insan müxtəlif xəsarətlər alıb.

İtkin düşənlərin sayı 7 600-ə çatıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: Zelenski Baydendən 350 milyard dollar qazandı, lakin ölkənin 25 faizini itirdi

admin

Krım körpüsündə partlayış – Ölənlər var

admin

Rusiyanın əsas silah satıcısının xanımının biznesi hay-küy doğurdu – nəhəng layihələr, mənzillər

redaktor