İdmanMüsahibə

“Hava şəraiti bizə çətinlik yaradacaq” – Marko Veşoviç

“Bizi çətin oyun gözləyir. Rəqib də güclüdür. Meydança sünidir. Hava şəraiti də bizə çətinlik yaradacaq. Amma əlimizdən gələni edəcəyik ki, buradan yaxşı nəticə ilə ayrılaq”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Marko Veşoviç Avropa Liqasının qrup mərhələsində sabah “Molde” ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Monteneqrolu müdafiəçi sabahkı matçda oynamağa hazır durumda olduğunu da bildirib: “Bayer”ə qarşı və Monteneqro millisindəki son iki oyunu yəqin ki, izləməmisiz. Motivasiyam var. Sabahkı matçda əlimdən gələni etməyə hazıram”. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Cenk Tosun: “Türk olmaq çətindir, bütün dünyaya qarşı mübarizə aparmaq lazımdır”

redaktor

İlk hissədə komandadan razı qalmadım – Qurbanov

redaktor

Ronaldinyo “Dəniz Mall”da xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü – Video/Fotolar

redaktor