12 C
Bakı
28 Mart 2026 19:30
GündəmSiyasət

“Adam zəhərləmək rusların tipik üslubudur, məni də zəhərlədilər”

“Adam zəhərləmək rusların tipik üslubudur, məni də zəhərlədilər”  

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı məlumatı şərh edərkən “Məni də zəhərlədilər” deyib.

Tacxeber.com-ın məlumatına görə, M.Saakaşvili bildirib:

“Bu, rusların tipik üslubudur. Mən həbsxanada zəhərləndim, alman və amerikan laboratoriyaları bədənimdə ağır metalların olduğunu təsdiqlədi”.

Ötən gün bir sıra Ukrayna mənbələri ölkə hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariananın zəhərlənməsi və onun orqanizmində ağır metalların olması barədə məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov “bu məlumatı rəsmən təsdiqləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya–Ukrayna sülhü mümkündürmü? Qərb mediası nə deyir?

redaktor

Putindən boşanmaq mümkündür. Rusiyadan yox.

redaktor

Talıbovların 1 milyard dolları bu sirli bankda saxlanılır

redaktor