Dünya

Noyabrın 22-si, 24-ü və 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

 

Noyabr ayında Yer kürəsində 3 maqnit qasırğası gözlənilir.

Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçev xəbərdarlıq edib.

Onun sözlərinə görə, ilk maqnit qasırğası noyabrın 22-də baş verəcək. Onun səviyyəsi (G1) zəif olacaq. Noyabrın 24 və 25-də eyni səviyyədə geomaqnit pozuntuları proqnozlaşdırılır. Noyabrın 23-də maqnitosfer həyəcanlanacaq. Lakin fırtına səviyyəsinə çatmayacaq.

Maqnit qasırğaları G1 (zəif) ilə G5 (son dərəcə güclü) səviyyələrinə bölünür. Yüngül fırtınalarla baş ağrısı, zəiflik, yuxululuq və diqqətin azalması mümkündür.

Bundan əvvəl maqnit qasırğası qırmızı və yaşıl tonlarda nadir auroraya səbəb olub. (Manset.az)

Tacxeber.com

Oxşar xəbərlər

Vuçeviç istefa verdi – SON DƏQİQƏ

redaktor

Biz İranla müharibə istəyirik – Kohen

admin

Rusiya dövlət televiziya kanalında Azərbaycana qarşı növbəti – TƏXRİBAT – FOTO

redaktor