İdman

Emin Mahmudovun qolu ən yaxşı seçildi

 

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu AVRO-2024-ün seçmə mərhələsinin doqquzuncu turunun ən yaxşı qolu seçilib.

Tacxeber.com xəbər verir ki, bu barədə UEFA-nın saytında aparılmış sorğunun nəticələrindən məlum olub.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xatırladaq ki, daha öncə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” – “Ayaks” oyununa nə qədər bilet satılıb?

admin

“Amma bundan da dəyərli, əsl əfsanə olan Miroslav Kloze ilə çalışmaq imkanı idi” – Mahir “Nürnberq”lə vidalaşdı

admin

“Qarabağ” inanılmaz dərəcədə yüksək keyfiyyətli komandadır”

admin