22.6 C
Bakı
29 İyun 2026 09:19
İdman

Emin Mahmudovun qolu ən yaxşı seçildi

 

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu AVRO-2024-ün seçmə mərhələsinin doqquzuncu turunun ən yaxşı qolu seçilib.

Tacxeber.com xəbər verir ki, bu barədə UEFA-nın saytında aparılmış sorğunun nəticələrindən məlum olub.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xatırladaq ki, daha öncə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Zirə” “Qarabağ”a qarşı oyuna çıxacaq.

admin

Klubları federasiya prezidentinin istefasını tələb edirlər.

admin

Özünə gələn Araz Musayev Adil Əliyevi ona hücumu təşkil etməkdə suçlayıb.

admin