15 C
Bakı
29 Mart 2026 15:54
İdman

Emin Mahmudovun qolu ən yaxşı seçildi

 

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu AVRO-2024-ün seçmə mərhələsinin doqquzuncu turunun ən yaxşı qolu seçilib.

Tacxeber.com xəbər verir ki, bu barədə UEFA-nın saytında aparılmış sorğunun nəticələrindən məlum olub.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xatırladaq ki, daha öncə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin qollarını müqayisə etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Pelenin anası oğlunun öldüyündən xəbərsizdir

redaktor

Əfsanəvi Mayk Tayson açıq etiraf etdi: “Mən şöhrət düşkünüyəm”

redaktor

DÇ-2022-də bu günün oyunları

admin