Hadisə

İsrail həbsxanalarında iğtişaşlar – Mübhəm ölüm

İsrail həbsxanalarında iğtişaşlar - Mübhəm ölüm

38 yaşlı fələstinli məhbus İsrailin Keziot həbsxanasında dünyasını dəyişib. Bundan sonra həbsxanada iğtişaşlar başlayıb.

Yenisabah.az Times of Israel-ə istinadla xəbər verir ki, ölən fələstinli 2005-ci ildən adam öldürməyə cəhd ittihamı ilə həbsdə olan “Fəth” hərəkatının üzvü Tahir Əbu Asabdır. Ölümünün hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Qısa müddət sonra başqa bir həbsxanada – Beerşebadakı Ohalei Kedarda iğtişaşlar başlayıb və nəticədə həbsxanada fövqəladə vəziyyət elan edilib.

Məhkumlar döşəklərini və paltarlarını yandırıblar.

Nəzarətçilər yanğınları söndürə və palataları nəzarətə götürə biliblər, xidmətdən bildirilib ki, bir mühafizəçi tüstüdən boğularaq yüngül xəsarət alıb.

Tacxeber.com

Oxşar xəbərlər

Kürdə batan ata və qızı AXTARILIR

redaktor

Arvadına “Hardan pul tapım?” deyən ər həbs edildi – Naxçıvanda ilginc məhkəmə

redaktor

AXCP fəalına 30 sutka həbs verildi

admin