Dünyaİdman

Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə etdi.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransanın futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

Bu barədə diplomat UEFA AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – Fransa nümayəndəsi qeyd edib.

Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçu Kilian Mbappe sözügedən reytinqdə – 198-ci pillədə qərarlaşan Cəbəllüttariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə endirərək fərqlənib. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

İngiltərədən Abramoviçə qarşı məhkəmə iddiası: Əldə olunan gəlir Ukraynaya verilsin

redaktor

Kikabidze konsertdən yığılan pulu Ukrayna üçün xərclədi

redaktor

Zelenski: “Danışıqlar üçün rusların sadəcə qatil olmaması lazımdır” – VİDEO

redaktor