32 C
Bakı
09 Avqust 2025 14:49
DünyaSiyasət

Artıq Yaponiya da həyəcan təbili vurur: Böyük təhlükə ilə üz-üzəyik…

Yaponiya II Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üzləşib.

Bu açıqlama ilə Yaponiya Baş naziri Fumio Kişida çıxış edib.

Baş nazir hesab edir ki, Yaponiya müharibədən sonrakı dövrdə ən ağır və çətin təhlükəsizlik vəziyyətindədir:

“Bu, Rusiya və Çin bombardmançılarının Yapon dənizi üzərində uçuşları fonunda baş verir”.

Kişida hərbi büdcənin lazımi səviyyədə təmin edilməsinə və Tokionun müdafiə qabiliyyətinin gücləndirilməsi üçün qətiyyətli tədbirlər görülməsinə çağırıb.

Baş nazir bildirib ki, Yaponiya ölkəyə mümkün hücumları dəf etmək üçün raketlər hazırlamağa başlayacaq.  (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

II Qaregindən müharibə çağırışı: Azərbaycana qarşı birləşməliyik

redaktor

Rusiyanın С-400 raket sistemi Amerikanın F-35 qırıcı təyyarəsini vura bilərmi?..

admin

Rusiyada internet kəsildi

redaktor