21 C
Bakı
23 İyun 2025 05:02
Dünya

Qəzzaya paraşütlə dərmanlar atıldı

 

İordaniya təcili tibbi ləvazimatları və dərmanları Qəzza zolağındakı İordaniya Səhra Xəstəxanasına hava yolu ilə çatdırıb.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İordaniyanın rəsmi xəbər agentliyi “Petra” məlumat verib.

Digər tərəfdən İordaniya Kralı II Abdullah “X” Platformasından açıqlama verib.

“Allaha həmd olsun, Silahlı Qüvvələrimizin Hərbi Hava Qüvvələrinin üzvləri bu gecə Qəzza zolağında İordaniya səhra xəstəxanasına təyyarədən təcili tibbi və dərman yardımını endirməyə nail olublar”, – deyə qeyd edib.

Həmçinin kral ölkəsinin “Fələstinli qardaşlarına ən yaxın və ən çox dəstək verən ölkə” olaraq qalacağını bildirib.

“Qəzzadakı müharibədən əziyyət çəkən yaralılara kömək etmək bizim borcumuzdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Melonidən Tehranı qəzəbləndirəcək çağırış: Ən yaxşı ssenari hakimiyyətin devrilməsidir

redaktor

Rusiya Ukraynaya iyunun 2-də İstanbulda görüşməyi təklif edir.

admin

Müasir dövrdə ən pis maaş verilən peşələr – İlk 3 peşə

admin