CəmiyyətHadisə

Akif Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu – FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub.

“Tacxeber”  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında qəbul edib.

“RANT GROUP” MMC-nin vergi borcunu ödəməsini təmin etmək məqsədilə şirkətin rəhbəri R.Çovdarovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, “RANT GROUP” MMC ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur.

Tacxeber.com

Oxşar xəbərlər

Keçmiş nazir Ziya Məmmədov və oğlu Anar Məmmədovla bağlı korrupsiya iddiaları: Araşdırma (2-ci hissə)-VİDEO

admin

Nura Suri 10 il həbs cəzası verilən Məhəmməd üçün kömək istədi

redaktor

Aşıq Namiq danışdı: Anam yaşında qadın idi…

redaktor