Hadisə

Əli Fərəcov anasının məzarı yanında keçinibmiş

 

Xəbər verdiyimiz kimi, Əməkdar jurnalist Əli Fərəcov vəfat edib.

Report yazır ki, ötən gün səhər işə getmək adı ilə evdən çıxan 72 yaşlı Ə. Fərəcova zəng çatmadığı üçün ailə polisə məlumat verib.

Axtarışlar nəticəsində ailəsi bu gün günorta saatlarında mərhumun cansız bədənini anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapıb.

İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfatının ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.

Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

KTMT parçalanır

admin