24 C
Bakı
18 Oktyabr 2026 11:58
DünyaSağlamlıq

Dünyada donuz ürəyi köçürülən ikinci insan da öldü.

ABŞ-də dünyada donuz ürəyi köçürülən ikinci pasiyent olan 58 yaşlı Lorens Fosett dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Merilend universitetinin tibb mərkəzi yayıb.

Məlumata görə, o, əməliyyatdan 6 həftə sonra vəfat edib.

Bildirilir ki, ürək çatışmazlığından əziyyət çəkən Lorensə genetik modifikasiya olunmuş donuz ürəyi sentyabrın 20-si köçürülmüşdü.

Universitet qeyd edib ki, əməliyyatdan sonra bir ay ərzində köçürülən ürək çox yaxşı işləyib. Fosettdə son günlər orqanizmin ürəyi rədd etməsi əlamətləri müşahidə edilib və son nəticədə o bu səbəbdən dünyasını dəyişib.

Xatırladaq ki, dünyada insana genetik modifikasiya edilmiş donuz ürəyinin köçürülməsi ilə bağlı ilk əməliyyat 2022-ci il yanvarın 7-si Baltimorda həyata keçirilib. Həmin şəxs 57 yaşlı Devid Bennet olub. Əməliyyatın uğurla keçməsinə baxmayaraq o, ötən ilin martında vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya yatırıb

redaktor

Fransada vəziyyət sürətlə pisləşir

redaktor

Müharibə ritorikasını deyil, sülhü seçin!

redaktor