DünyaHadisə

“Atasının qəbrini qazdılar, yerinə başqasını basırdılar – ŞOK

Bu ilin fevralında 45 yaşlı erməni atasının və babasının məzarı üstünə gələrkən dəhşətə gəlib. Belə ki, doğmalarının məzar daşları yerində olmayıb. Məzarlardan meyitlər çıxarılaraq yerinə başqaları basdırılıb.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir ilə yaxın araşdırma aparıb. Sən demə, İrəvan meriyasının nəzdində olan mərkəzi qəbiristanlığın direktoru köhnə qəbirlərin yerlərini satırmış.

İstintaq zamanı şok və kifayət qədər çaşdırıcı detallar üzə çıxıb. Müstəntiqlərin fikrincə, direktor dəfn yerinin müəyyən edilməsində cinayətə yol verib, nəticədə qeyri-qanuni eksqumasiya və meyitə hörmətsizlik edilib.

Məsələdən şoka düşən 45 yaşlı kişi babasının məzarını qazmaq üçün fəhlənin köməyindən istifadə edib. Bu müddətdə məzarda artıq kiminsə basdırıldığı aşkar edilib.

Qəbiristanlığın direktoruna qarşı ittiham irəli sürülüb. İş məhkəməyə göndərilmək üçün prokurora təhvil verilib. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

“Zəlzələ bölgəsində bütün yaşayış evləri 4 mərtəbəli tikiləcək” – Ərdoğan

redaktor

Anqolada cadugərlik testi edən 50 nəfər öldü

redaktor

Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur

redaktor