Gündəm

Natiq Qasımovun təkbaşına müdafiə etdiyi məbəddən 32 il sonra VİDEO

Natiq Qasımovun təkbaşına müdafiə etdiyi məbəddən 32 il sonra VİDEO

Öz həyatı bahasına 23 Xocalı sakinini xilas edən qəhrəmanımız Natiq Qasımovun döyüşdüyü Alban məbədinin 32 ildən sonra görüntüləri yayılıb.

Tacxeber.com xəbər verir ki,  İTV Xocalının Pirlər kəndində yerləşən məbəddən reportaj hazırlayıb.

Xatırladaq ki, Natiq Qasımov təslim olduğu zamana qədər ermənilər onlara qarşı cəmi bir nəfərin döyüşdüyünü bilməyiblər.

Əsir götürdükləri Xocalı sakinlərindən birini Natiq Qasımovla danışığa göndəriblər ki, gedib desin ki, təslim olmasalar əsir götürülən azərbaycanlılar öldürüləcək. Natiq Qasımov isə bildirir ki, əvvəlcə əsirlər azad edilsin.

Əsirlər azad edildikdən sonra Natiq Qasımov silahı yerə qoyaraq təslim olur. Həmin gündən sonra Natiqdən heç bir xəbər alınmır.

Tacxeber.com

Oxşar xəbərlər

Vasif Talıbov xəstələndi: Xüsusi təyyarə ilə həkimlər gəldi

redaktor

Son aylar allergik xəstəliklərin sayı niyə artıb? – Mütəxəssisdən MƏSLƏHƏT

redaktor

Azərbaycanda bank dəfn pulunu kredit borcuna tutdu – VİDEO

redaktor