Gündəm

Natiq Qasımovun təkbaşına müdafiə etdiyi məbəddən 32 il sonra VİDEO

Natiq Qasımovun təkbaşına müdafiə etdiyi məbəddən 32 il sonra VİDEO

Öz həyatı bahasına 23 Xocalı sakinini xilas edən qəhrəmanımız Natiq Qasımovun döyüşdüyü Alban məbədinin 32 ildən sonra görüntüləri yayılıb.

Tacxeber.com xəbər verir ki,  İTV Xocalının Pirlər kəndində yerləşən məbəddən reportaj hazırlayıb.

Xatırladaq ki, Natiq Qasımov təslim olduğu zamana qədər ermənilər onlara qarşı cəmi bir nəfərin döyüşdüyünü bilməyiblər.

Əsir götürdükləri Xocalı sakinlərindən birini Natiq Qasımovla danışığa göndəriblər ki, gedib desin ki, təslim olmasalar əsir götürülən azərbaycanlılar öldürüləcək. Natiq Qasımov isə bildirir ki, əvvəlcə əsirlər azad edilsin.

Əsirlər azad edildikdən sonra Natiq Qasımov silahı yerə qoyaraq təslim olur. Həmin gündən sonra Natiqdən heç bir xəbər alınmır.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın ucuz qaz siyasətinin 110 milyard dollarlıq itkisi

redaktor

İsrailli millət vəkili üsyan etdi: Etdiklərimiz təhlükəsizlik üçün deyil, qisasdır

redaktor

“Əliyev avtomobilin rəngini Mehriban xanımla müzakirə edib məlumat verər” – VİDEO

admin