22.5 C
Bakı
28 İyun 2026 11:33
CəmiyyətGündəm

Zəfər paradı Xankəndidə olacaq: Hazırlıq gedir!

Noyabr 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini-Zəfər Gününü qeyd edəcək.

Musavat.com-un etibarlı mənbələrdən əldə etdiyi xəbərə görə, Zəfər Günü bu dəfə Xankəndi şəhərində qeyd ediləcək.

Mənbə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.

Yada salaq ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Zəngəzur dəhlizinin “nağılları”: Puşkin, Lafonten və Emmanuel Makron

redaktor

Şok gerçək ortaya çıxdı: Putinin görüşdüyü əsgər anaları əslində dövlət məmurları imiş

redaktor

“Azərbaycanın yanındayıq, Makron da, İran da istəsə belə…” – Atilla Kaya

admin