24 C
Bakı
16 Oktyabr 2026 14:03
CəmiyyətKriminal

Deputat falçılardan danışdı: “Fırıldaqçılar tor atır, axmaqlar inanır…”

Son günlər müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açaraq fala baxanların sayı artıb. Maraqlısı burasındadır ki, belə dələduzlara inanan insanların sayı da kifayət qədərdir.

Deputat Fazil Mustafa mövzu ilə bağlı “Azərbaycan Reallığı”na açıqlama verib.

O bildirib ki, cəmiyyətdə aldanmaq istəyən çox sayda insan var:

“Siyasətdə, iqtisadiyyatda saxtakarlar olduğu kimi, psixoloji manipulyasiya edərək insanların cahilliyindən istifadə edənlər də az deyil. Əksər insanlar falçılara meyl edirlər. Ağlını istifadə etməyən insan o ağılı kiməsə təhvil verməlidir. Belə məsələlərdə hansısa məhdudlaşdırıcı addım atmaq düzgün deyil. Sözügedən fırıldaqçılar sosial şəbəkələrdə tor atır, axmaqlar isə qurban olurlar.

Biz diqqətimizi təhsilə, maarifləndirmə prosesinə yönəltməliyik. Ağıllı, savadlı insanların sayı çoxaldıqca bu cür fırıldaqçılar aktivləşə bilməyəcəklər”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor