24 C
Bakı
12 Avqust 2025 00:51
CəmiyyətKriminal

Deputat falçılardan danışdı: “Fırıldaqçılar tor atır, axmaqlar inanır…”

Son günlər müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açaraq fala baxanların sayı artıb. Maraqlısı burasındadır ki, belə dələduzlara inanan insanların sayı da kifayət qədərdir.

Deputat Fazil Mustafa mövzu ilə bağlı “Azərbaycan Reallığı”na açıqlama verib.

O bildirib ki, cəmiyyətdə aldanmaq istəyən çox sayda insan var:

“Siyasətdə, iqtisadiyyatda saxtakarlar olduğu kimi, psixoloji manipulyasiya edərək insanların cahilliyindən istifadə edənlər də az deyil. Əksər insanlar falçılara meyl edirlər. Ağlını istifadə etməyən insan o ağılı kiməsə təhvil verməlidir. Belə məsələlərdə hansısa məhdudlaşdırıcı addım atmaq düzgün deyil. Sözügedən fırıldaqçılar sosial şəbəkələrdə tor atır, axmaqlar isə qurban olurlar.

Biz diqqətimizi təhsilə, maarifləndirmə prosesinə yönəltməliyik. Ağıllı, savadlı insanların sayı çoxaldıqca bu cür fırıldaqçılar aktivləşə bilməyəcəklər”.

Tacxeber.com

Oxşar xəbərlər

Tahir Kərimli: “Bağırov” körpüsü sökülməlidir, Çində, Yaponiyada evlərin üstündən belə yollar salırlar, bunu etmək nə çətin məsələdir?”

redaktor

Bakıda “bağ əməliyyatı”: bolşevik oğlunun cinayəti, rusiyalı qonaqlar üçün “seks ziyafəti” Moskvada açılmış “Azərbaycan işi” kimlərin başını yedi?

admin

Siz axı kimsiniz və hansı məzhəbə qulluq edirsiniz? – Çingiz Abdullayev olayına REAKSİYA

redaktor