DünyaSiyasət

Erməni nəşrindən şok Türkiyə iddiası – “Qərb üçün ən sərfəli variant…”

“Ermənistan-Rusiya münasibətlərinin korlanması həddi aşarsa, ölkəmizdə ciddi problemlər yarana bilər”.

Bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr iddia edir ki, Qərb Türkiyənin Cənubi Qafqazda güclənməsində, Ermənistanda İran və Rusiyanın yerini tutmasında maraqlıdır:

“Qərb Ankaranı bölgədə (Cənubi Qafqaz) irəli aparır. Ermənistanın Türkiyənin ilhaqına çevrilməsi perspektivi Qərb üçün ən sərfəli variantdır. Çünki Qərb qüvvələri regionda praktiki olaraq mövcud deyil və NATO müttəfiqi Türkiyə vasitəsilə öz varlığını təmin edə bilər. Rusiyaya gəlincə, nəzərə almaq lazımdır ki, bu ölkənin regionda, hətta bizim ölkədə konkret varlığı var. Həssas durumun içindəyik, Rusiya ilə qarşıdurmaya getməzdən əvvəl onun təhlükə dərəcəsini nəzərə almalıyıq.

Ermənistan-Rusiya münasibətlərinin korlanması yol verilən həddi aşarsa, ölkəmizdə ciddi problemlər yarana bilər. Gürcüstanda baş verənləri görmüşük, Ukraynada baş verənləri də görürük”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Roma Papası Azərbaycan və Ermənistanı dialoqa çağırıb

redaktor

Qərb Ukrayna və Rusiyanı sülhə hazırlayır

redaktor

“Buna cəsarət edən istənilən ölkəni yer üzündən silərik” – Putin təhdid etdi

admin