16 C
Bakı
27 Sentyabr 2025 03:00
DünyaSağlamlıq

15 ildir üzərində işlədikləri xərçəng vaksini uğurlu nəticə verdi

“BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.

“Hürriyet Daily” portalı xəbər verir ki, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar.

Məlumata görə, vaksin 4 dozada 44 pasientə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.

Qeyd edək ki, türkiyəli cütlük sözügedən vaksinin üzərində artıq 15 ildir işləyir. “BioNTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Uğur Şahinin daha əvvəlki açıqlamasına görə, şirkətin hazırladığı vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə hökuməti toplanır: Afina ilə bağlı qərar veriləcək!

admin

Ərdoğan əsirlikdən azad etmişdi, Zelenski səfir göndərir

redaktor

Polşa Rusiyanın sifarişi ilə təxribat törətməkdə şübhəli bilinən 32 nəfəri saxlayıb

redaktor