14 C
Bakı
26 Oktyabr 2026 00:53
Dünyaİqtisadiyyat

Türkiyə Rusiya ilə birlikdə qaz qovşağının tikintisinin başlama tarixini açıqladı.

“Türkiyədə Rusiyanın iştirakı ilə beynəlxalq qaz qovşağının yaradılmasına dair yol xəritəsinin icrasına 2023-cü ilin sonuna qədər başlana bilər”.

Bu barədə Türkiyəli diplomat bildirib.

“Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” şirkəti arasında layihənin yol xəritəsinin razılaşdırılması və imzalanması üçün razılıq əldə olunub”, – deyə o vurğulayıb.

Oktyabrın 16-da media yazıb ki, Türkiyədə qaz qovşağının yol xəritəsi yaxın vaxtlarda hazır ola bilər.

Hazırda bu məsələ ilə bağlı Türkiyənin Energetika Nazirliyi ilə “Qazprom” arasında danışıqlar aparılır və yol xəritəsinin imzalanmasından sonra tərəflərin onun həyata keçirilməsinə başlayacağı gözlənilir. Konkret tarixləri açıqlamaq hələ də çətindir.

Oktyabrın 13-də Rusiya baş nazirinin müavini Aleksandr Novak yazıb ki, “Qazprom” İranda qaz qovşağının tikintisində iştirak edə bilər .

 Tacxeber.com

Oxşar xəbərlər

Türk dünyasında liderlik uğrunda yeni mərhələ

redaktor

Avropada İranın dini-siyasi təsir şəbəkələri – III hissə

redaktor

Özbəkistanın TDT hesabı: Ankara zirvəsi təxirə salına bilər

redaktor