Cəmiyyət

Məhkumlar məzuniyyətə buraxılırlar: Penitensiar Xidmətdən yenilik

 

Məhkumlar məzuniyyətə buraxılıb.

“Unikal”ın məlumatına görə, Penitensiar Xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.

Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb.

Məlumatı Penitensiar Xidmətdən də təsdiqləyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Generala ərə getdi, 25 ildən sonra ilk sevgilisindən evlilik təklifi aldı – Nərgiz Cəlilova qızından niyə ayrı düşdü?

admin

Azərbaycan hökumətinin bacarıqsız iqtisadi komandası

admin

Cəmil Həsənli: “1937-ci ildə olduğu kimi ölkədə təmiz adamları tutub adını “təmizləmə” qoyurlar”

admin