19 C
Bakı
23 İyun 2025 22:36
Dünya

Evində timsah balası saxlayan şəxs tutuldu – FOTOLAR

Evində timsah balası saxlayan şəxs tutuldu - FOTOLAR 

İstanbulda timsah alveri ilə məşğul olan şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Müdirliyinin əməkdaşları evdə timsah saxlandığı və internet üzərindən ticarət edildiyinə dair xəbər alıb. Qruplar hərəkətə keçəndə məlum olub ki, Ataşehirdə yaşayan şübhəli şəxs qanunsuz yolla ölkəyə gətirdiyi timsah balalarını evində bəsləyir.

Həmin şəxsi təqib edən qruplar onun yaşadığı ünvanda əməliyyat keçirib.

Əməliyyat zamanı evdən 3 Nil timsahının balası tapılıb.

Nəsli kəsilməkdə olan növlərin ticarətini qadağan edən müqaviləyə daxil olan və ev şəraitində bəslənməsi qadağan edilən timsahlar müsadirə edilərkən, heyvanları bəsləyən şübhəli şəxs barəsində istintaq başladılıb.

Körpə Nil timsahları baytar nəzarətindən sonra Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu 58 rus hərbçisini məhv etdi

redaktor

Aleksey Danilov vəzifəsindən azad edildi

redaktor

Daha bir müharibə başlayır? – Kim Çen Indən mühüm açıqlama

redaktor