11 C
Bakı
30 Mart 2026 02:49
Cəmiyyət

“WhatsApp” sabahdan bəzi smartfonlarda işləməyəcək

 

“WhatsApp” oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək. Trend-in məlumatına görə, “WhatsApp” “Google” mobil əməliyyat sisteminin “Android 5.0” və daha köhnə versiyalarında mövcud olmayacaq.

“Google Nexus 7”, “Sony Xperia Z”, “LG Optimus G Pro’ və “HTC One” kimi bir vaxtların məşhur telefonları artıq “WhatsAp”ı dəstəkləməyəcək. Bundan əlavə, “Samsung”un “Galaxy Note 3” və “Galaxy S4” modelləri də “WhatsApp” dəstəyini itirəcək.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Tacxeber.com

Oxşar xəbərlər

AYNA jurnalistlərə trolluq təklif edib?

redaktor

“Qadınlar ailədə kişi zəif olduğuna görə boşanır”

admin

Bu çaylarda təhlükəli kimyəvi maddələr AŞKARLANDI: marketlərdən yığışdırılır

redaktor