30 C
Bakı
10 Avqust 2025 18:58
DünyaKriminal

ABŞ-də yəhudi icmasının lideri ÖLDÜRÜLDÜ.

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin mərkəzində “Isaac Agree Downtown” sinaqoqunun qəyyumlar şurasının sədri Samanta Uoll evinin yaxınlığında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətlərinin izləri aşkar edilib.

 “Detroit Free Press” xəbər verir ki, Detroyt polisinin məlumatına görə, qan izi hücumun 40 yaşlı qurbanın evində baş verdiyini göstərir.

Detroyt meri Mayk Daqqen “Detroytun gənc liderlərindən birinin” ölümündən sarsıldığını bildirib.

Nəşrin qeyd edib ki, Uoll 2022-ci ildən sinaqoqa rəhbərlik edir. Əvvəllər o, seçki kampaniyalarında iştirak edib və bir neçə demokrat siyasətçinin müşaviri olub.

Cinayətkarın və ya cinayətkarların hərəkətlərinin motivləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Modern)

Tacxeber.com

Oxşar xəbərlər

Latviya parlamenti cadugəri işə götürüb – FOTO

admin

“RUS XALQI HEÇ AĞLINA DA GƏTİRMİRDİ Kİ…” – “Bu reallıq xəstə beyinlərdə yaradılır”

redaktor

İranda 43 ildən sonra ilk dəfə qadınlara bu icazə verildi

redaktor