25 C
Bakı
11 Avqust 2025 08:35
Dünya

Türkiyə hərbi büdcəsini 150% artırır.

Türkiyə 2024-cü ildə müdafiəyə 40 milyard dollardan çox vəsait ayıracaq.

Reuters xəbər verir ki, bu, hazırkı büdcədən 150% çoxdur.

Türkiyə 2023-cü ildə müdafiə və təhlükəsizlik üçün təxminən 16 milyard dollar ayırıb. Təhlükəsizlik qüvvələrinə Suriya və İraqda sərhədyanı əməliyyatlar keçirməsinə icazə verən mandatın daha 2 il müddətinə uzadılmasına qərar verilib.

Vitse-prezident Cevdet Yılmaz da hökumətin müdafiə ixracını indiki 6 milyard dollardan təxminən 2 dəfə artıraraq 11 milyard dollara çatdırmağı hədəflədiyini bildirib. O əlavə edib ki, Türkiyə müdafiə sənayesinin 2023-cü ildə özünü təmin edən 80%-dən 85%-ə yüksəlməsi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu BMT-ni HƏMAS-a yardım etməkdə İTTİHAM ETDİ

redaktor

Özümüzü məhv etməyə hər saniyə yaxınlaşırıq – Tokayevdən çağırış

redaktor

Çini gözləyən böyük təhlükə: Mask açıqladı

redaktor