20 C
Bakı
24 İyun 2025 04:58
Dünya

Şolts və heyəti təyyarədən çıxıb yerə uzanmalı oldular – VİDEO

Şolts və heyəti təyyarədən çıxıb yerə uzanmalı oldular - VİDEO

 

Almaniya kansleri Olaf Şolts və onun nümayəndə heyəti Təl-Əvivdə (İsrail) hava hücumu xəbərdarlığı səbəbindən təyyarədən çıxarılıblar.

Buna dair sosial şəbəkələrdə video yayılıb.

Görüntülərdə Almaniya kansleri heyətin qalan sərnişinləri ilə birlikdə təyyarədən çıxarılır. Daha sonra onlar təyyarənin yanında yerə uzanmalı olurlar. Videonu çəkən şəxs kameranı göyə yönəldib. Səmada iki naməlum uçan obyekt görüntülənib.

Xatırladaq ki, Olaf Şolts Baş nazir Benyamin Netanyahu ilə İsrail-Fələstin münaqişəsinin eskalasiyasını müzakirə etmək üçün oktyabrın 17-də İsrailə həmrəylik səfəri edib. O, Almaniyanın İsraili qeyd-şərtsiz dəstəklədiyini və ölkənin radikal Fələstin hərəkatı HƏMAS ilə mübarizədə Berlinə arxalana biləcəyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu bu şəhərlərə zərbələr endirdi

redaktor

Həlak olan general Məhəmməd Baqeri kimdir? – Azərbaycanlı komandan haqda məlumatlar

redaktor

Londonda Əsədin xanımı ilə bağlı xüsusi iclas – Yeni şərt var

admin