21 C
Bakı
12 Avqust 2025 03:28
Dünya

HƏMAS zərbələrin dayandırılması müqabilində girovları azad etməyə hazırdır.

Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Qəzza zolağına hava hücumlarını dayandıracağı təqdirdə girovları azad etməyə potensial olaraq hazırdır…

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyanat verib.

Onun sözlərinə görə, HƏMAS üzvləri “vətəndaşların və mülki şəxslərin azad edilməsi üçün lazımi tədbirlər görməyə” hazır olduqlarını bildiriblər. Lakin qeyd ediblər ki, “belə tədbirlər hazırlıq tələb edir, İsrail ordusunun gündəlik bombardmanları kontekstində isə bu mümkün deyil”.

Vurğulanır ki, HƏMAS silahlıları bu məlumatı təsdiqləməyib.

Xatırladaq ki, İsrail ordusu 155 girovun ailəsinə onların yaxınlarının Fələstinin HƏMAS hərəkatının radikalları tərəfindən əsir götürüldüyü barədə məlumat verib. (Poliqon)

Tacxeber.com

Oxşar xəbərlər

Çin liderindən qalmaqallı çağırış: “İslam çinliləşdirilməlidir”

redaktor

Dünyanın Nüvə Qəzaları ilə sınaqları.

admin

“Nüvə silahını dəstəkləyənlərin İran siyasətində yeri yoxdur” – Pezeşkian

redaktor