18 C
Bakı
11 Oktyabr 2026 01:31
Dünya

Fələstin Prezidenti: HƏMAS xalqımızın təmsilçisi deyil

HƏMAS-ın hərəkətləri və siyasəti Fələstin xalqının maraqlarını əks etdirmir.

Tacxeber.com“Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas venesuelalı həmkarı ilə telefon danışığında bildirib.

O, Fələstin Azadlıq Təşkilatını öz xalqının yeganə qanuni təmsilçisi olduğunu diqqətə çatdırıb.

“Prezident hər iki tərəfdən dinc sakinlərin öldürülməsini qəbuledilməz hesab edib və hər iki tərəfdən mülki şəxslərin, əsirlərin və saxlanılanların azad edilməsinə çağırış edib”, – agentlik əlavə edib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir. /report.az

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor