21 C
Bakı
23 İyun 2025 02:21
Şou

“Səhər 5-də raket səsinə oyandıq” – İsraildən qayıdan Samirə

“Səhər 5-də raket səsinə oyandıq” - İsraildən qayıdan Samirə

“Çox şükür artıq Vətənimizdəyik. Yəqin ki, orada keçirdiyimiz həyəcan uzun müddət canımızdan çıxmayacaq”.

Axşam.az xəbər verir ki, bunu İsraildən qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib. Müğənninin Təl-Əvivdə olan zaman diaspor və səfirlik nümayəndələrinin mütəmadi olaraq onlarla əlaqə saxladığını bildirib:

“Hadisə baş verən gün səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində otelin zirzəmisinə düşməyimiz bildirildi. Azərbaycanın diaspor və səfirlik nümayəndələri bizimlə mütəmadi olaraq əlaqə saxlayırdı, maraqlanırdı, hoteli tərk etməməyimiz deyilirdi. Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Samirə Tel-Əvivdə keçirilən festivala qatılıb və orada səhnə alıb. Sənətçi bir neçə gün sığınacaqda qalıb və uçuşunun ləğv olunduğunu söyləyib. Anası, xalası və köməkçisi də ifaçı ilə birlikdə olub.

Tacxeber.com

Oxşar xəbərlər

Əbdül Mahmudov: “Kim sinəsini, baldırını açırsa, üç gündən sonra fəxri ad alır”

redaktor

Aşıq Samirəyə universitetdə vəzifə verildi

redaktor

Meyxanaçını lağa qoydular: “Yaşlı adamdı yola verilməlidir” – Video

redaktor