13 C
Bakı
30 Mart 2026 12:13
Dünya

İranda Azərbaycana qarşı bəyanatlar səsləndirildi

 

İran hökumətinin müxtəlif şəhərlərdə təşkil etdiyi HƏMAS-a dəstək aksiyalarında Azərbaycan əleyhinə təhdidlər səsləndirilib.

Tacxeber.com xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial şəbəkə hesablarında paylaşımlar edilib.

Oktyabrın 7-i gecə saatlarında SEPAH və “Bəsic” üzvlərinin Zəncanda keçirdikləri aksiyada çıxışçı Mehdi Rəsuli Azərbaycanın İsrailə dəstək verdiyini deyib, bunun Azərbaycan üçün ağır nəticələrə gətirib çıxaracağı barədə danışıb. Əli Xameneinin ofisinə bağlı olan məddah Mehdi Rəsuli buna görə Azərbaycan rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib.

Qeyd edək ki, Mehdi Rəsuli Gürcüstan azərbaycanlıları arasında İranın siyasi-ideoloji təbliğatçısı sayılır, o, bu məqsədlə davamlı olaraq Gürcüstana səfər edir.

Xatırladaq ki, HƏMAS-ın İsrailə qarşı ötən gün başlatdığı genişmiqyaslı hücumlar nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb. İsrail ordusu cavab tədbirləri görür.(axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan nüvə elektrik stansiyasının tikintisinə ABŞ-ı cəlb etmək istəyir.

redaktor

NASA-dan HƏYƏCAN TƏBİLİ: Bir şəhəri məhv edə biləcək asteroid Yerə yaxınlaşır

redaktor

“Atəşlərin dayandırılması Ukraynadan asılıdır” – Peskov

redaktor