22.5 C
Bakı
30 İyun 2026 05:14
Gündəm

Zatulindən sülhməramlılarla bağlı ŞOK AÇIQLAMA: “Sayılı günləri qalıb”

“Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi başqa heç kim yoxdur”.

Tacxeber.com Musavat.com-a istinadən  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulin “Danışır Moskva” (“Qovorit Moskva”) radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Saakyan və Qukasyanın həbsi faktiki olaraq Rusiya sülhməramlı kontingenti qarşısında həyata keçirilib:

“Məncə, bu, təkcə Ermənistan hökumətinin deyil, həm də öz üzərimizə götürdüyümüz sülhməramlılığa çox ciddi qınaqdır. Bəzi Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, ermənilərin Qarabağı tərk etməsində heç kimi günahlandırmaq lazım deyil, bu, könüllü aksiyadır”.

“Ermənilər artıq bizim sülhməramlı kontingentimizin onları qoruya bildiyinə inanmaqdan vaz keçiblər. Aydın məsələdir ki, bizim kontingentin Qarabağda sayılı günləri qalıb”, – Zatulin deyib.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin həmişəki kimi manipulyasiya ilə məşğuldur” Natiq Cəfərli

admin

Zelenski Orbana həyatı haqqında deyil, ordu haqqında düşünməyi məsləhət gördü.

redaktor

“Milyonerlər alimə yox, baboşlara gün ağlayırsa, məktəb neyləsin…”

redaktor