20 C
Bakı
23 İyun 2025 05:39
Siyasət

“Sülhməramlılar məsələsi yalnız Azərbaycanla həll olunacaq” – Putin

“Sülhməramlılar məsələsi yalnız Azərbaycanla həll olunacaq” - Putin

“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı. Onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”.

Tacxeber.comxəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağı məqsədəuyğun hesab etməyib və buna ehtiyac da yox idi.

“Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, – Rusiya prezidenti bildirib.

V.Putinin sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ona bildirib ki, indi sülhməramlıların burada olması məsələsi yalnız ikitərəfli əsasda həll olunacaq, çünki onlar məhz Azərbaycan ərazisində yerləşirlər./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

“Prokuror Rauf Malışov barəmdəki ittihamın sübuta yetirildiyini deyərkən, sadəcə bir “sübut”dan istifadə etdi – xarici ölkələrə səfər etməyim” – həbsdə olan jurnalist Fərid Mehralızadə

admin

Simonyanda gizli səs yazısı… – Kremldən cavab

admin

İsrail kəşfiyyatı niyə HƏMAS hücumunun qarşısını ala bilmədi?

admin