32 C
Bakı
12 Avqust 2025 16:32
Siyasət

Peskov təsdiqlədi: Qarabağla bağlı gizli görüş olub!

Təmaslar olub, lakin nəşrin materialında qeyd olunan danışıqlar olmayıb.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Politiko” qəzetinin ABŞ, AB və Rusiya rəsmilərinin İstanbulda Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqları barədə materialını şərh edərkən deyib.

“Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub, təbii ki, olub, amma bu, orada yazılan danışıqlar deyil”, – o bildirib.

Qeyd edək ki, “Politiko” 17 sentyabrda, Azərbaycan Ordusunun antiterror tədbirlərindən 2 gün öncə İstanbulda ABŞ, AB. və Rusiya arasında Qarabağla bağlı gizli müzakirə olduğu haqda məlumat yaymışdı. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Amma Ermənistanın Rusiyayönümlü müxalifəti bu dəyişikliyə qarşı çıxır.

admin

Əfşar Süleymaninin qalmaqallı açıqlaması: Bu, necə baş verib?

admin

“Azərbaycan bayrağı qadağan edilsin” – Rus deputatdan ŞOK çağırış

redaktor